Dünya · Sfera.az

Vens: "Ukrayna NATO-ya üzv olmamalıdır"

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Vens: "Ukrayna NATO-ya üzv olmamalıdır" xəbəri üçün şəkil

ABŞ-nin vitse-prezidenti Cey Di Vens hesab edir ki, Ukrayna NATO-ya üzv olmamalıdır.

Sfera.az xəbər verir ki, o, bu barədə “2WAY TONIGHT” verilişinə müsahibəsində danışıb.

Müsahibə zamanı aparıcı Vensdən Ukraynanın tərəfdaş ölkə olması ilə müttəfiq ölkə statusu arasındakı fərqi izah etməsini istəyib.

Vens cavabında ABŞ və Ukrayna arasında rəsmi müttəfiqlik sazişinin olmadığını bildirib. O, Kiyevin NATO-ya üzv olmamalı olduğunu vurğulayıb. Bununla yanaşı, Vaşinqtonla Kiyev arasında müəyyən sahələrdə əməkdaşlığın davam edəcəyini qeyd edib.

“Bildiyimə görə, Ukrayna ilə rəsmi müttəfiqlik sazişimiz yoxdur. Ukrayna NATO üzvü deyil. Mən onun NATO-ya üzv olmalı olduğunu düşünmürəm. Ukrayna çoxsaylı gözəl insanları olan, heyranlığa layiq bir ölkədir. Biz müəyyən məsələlərdə əməkdaşlıq edəcəyik, lakin bəzi məsələlərdə mövqelərimiz fərqlənəcək”, – deyə Vens bildirib.

O, müsahibə zamanı Ukraynanın Rusiya enerji obyektlərinə, ehtimal ki, neft emalı zavodlarına hücumları dayandırmalı olduğunu da söyləyib.

İnci

Sfera.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑