Dünya · Sfera.az

Pentaqon rəhbəri İsraildə Netanyahu ilə görüşdü

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Pentaqon rəhbəri İsraildə Netanyahu ilə görüşdü xəbəri üçün şəkil

ABŞ-nin müdafiə naziri Pit Heqset İsrailə əvvəlcədən elan olunmamış səfər edərək Baş nazir Benyamin Netanyahu ilə görüşüb.

Sfera.az xəbər verir ki, bu barədə “Axios” nəşri iki məlumatlı mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, görüş İsraildə keçiriləcək parlament seçkilərinə səkkiz gün qalmış baş tutub.

Səfər ABŞ və İsrail arasında İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların mümkün bərpası ilə bağlı müzakirələrin aparıldığı dövrə təsadüf edir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bir gün əvvəl İsraildə keçiriləcək seçkilərdə Netanyahunu dəstəklədiyini açıqlayıb.

Pentaqon və İsrailin Vaşinqtondakı səfirliyi görüşlə bağlı ilkin mərhələdə rəsmi açıqlama verməyib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑