Dünya · Təzadlar

Rusiya: Ukraynada logistika mərkəzlərinə və yük gəmisinə zərbələr endirdik - Təzadlar - Təzadlar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiya: Ukraynada logistika mərkəzlərinə və yük gəmisinə zərbələr endirdik - Təzadlar - Təzadlar xəbəri üçün şəkil

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xarkov şəhərindəki logistika mərkəzlərinə və Çernomorsk limanına hərbi yük daşıyan yük gəmisinə pilotsuz uçuş aparatları (PUA) vasitəsilə zərbələr endirdiyini açıqlayıb.

Tezadlar.az xəbər verir ki, nazirliyin açıqlamasında Rusiya ordusunun gecə ərzində Ukrayna logistika mərkəzlərinə, liman infrastrukturuna və Ukrayna ordusunun maraqları üçün istifadə edilən gəmilərə qarşı PUA hücumlarını davam etdirdiyi bildirilir.

Məlumatda hücumların Ukrayna ordusu üçün ikili təyinatlı məhsulların saxlanıldığı Xarkovdakı “Episentr” logistika mərkəzinə və hərbi yüklər üçün paylama mərkəzinə yönəldiyi bildirilir. Həmçinin qeyd olunur ki, eyni şəhərdə hərbi təchizatın saxlanması üçün istifadə edilən “Vasışevo” logistika terminalına da zərbə endirilib.

Məlumatda əlavə edilib ki, “Ukrayna ordusu üçün Çernomorsk limanına yük daşıyan yük gəmisinə də dənizdə olarkən zərbə endirilib”.

Nazirliyin başqa bir açıqlamasında deyilir ki, gecə ərzində Rusiya hava hücumundan müdafiə sistemləri Moskva və ətraf ərazilər, eləcə də Perm bölgəsi daxil olmaqla müxtəlif bölgələrdə 532 Ukrayna dronu vurub.

ELBAR

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑