Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) sabah Ankarada keçiriləcək Sammitinə getməyəcək. Tezadlar.az xatırladır ki, Dövlət başçısı əvvəldən müəyyən olunmuş proqrama əsasən, Azərbaycanda keçirilən FİFA U-15 dünya çempionatının oktyabrın 30-da keçiriləcək bağlanış və mükafatlandırma mərasimində iştirak edəcək.
Beləliklə, Azərbaycanı TDT Sammitində xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək.






