Siyasət · Təzadlar

Aİ Azərbaycana minatəmizləmədə dəstəyini genişləndirə bilər - Təzadlar - Təzadlar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Aİ Azərbaycana minatəmizləmədə dəstəyini genişləndirə bilər - Təzadlar - Təzadlar xəbəri üçün şəkil

Avropa İttifaqı (Aİ) işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində Azərbaycana dəstəyini, o cümlədən texniki yardım və potensialın artırılması hesabına genişləndirə bilər.

Tezadlar.az xəbər verir ki, bu barədə Qarabağ Universitetinin dekanı Elmar Mustafayev Brüsseldə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (“AIR Center”) və Kral Beynəlxalq Münasibətlər İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən “Azərbaycan və Avropa İttifaqı: yeni perspektivlər” forumunda bildirib.

“12 min kvadrat kilometrdən çox ərazi minalarla çirklənib. Problemin miqyasını avropalı həmkarlara təsəvvür etdirmək üçün deyim ki, bu, Belçika ərazisinin 40 %-nə bərabərdir”, – E.Mustafayev deyib.

Onun sözlərinə görə, indiyədək minatəmizləməyə 500 milyon avrodan çox vəsait ayrılıb, özü də bu məbləğin 96 %-i Azərbaycan hökumətinin, yalnız 4 %-i isə beynəlxalq humanitar yardımın payına düşür.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑