Siyasət · Sfera.az

Tramp: “Müharibəni onlar başladıb”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp: “Müharibəni onlar başladıb” xəbəri üçün şəkil

ABŞ Prezidenti Donald Tramp İranı iki ölkə arasında münaqişənin başlanmasına görə məsuliyyət daşımaqda ittiham edib.

Sfera.az xəbər verir ki, o, bu barədə bazar ertəsi Missisipi ştatında keçirilən seçkiqabağı mitinqdə çıxışı zamanı danışıb.

“Biz İrana qarşı müharibəyə başlamamışıq. İran bizə qarşı müharibəyə başlayıb”, – deyə Tramp bildirib.

ABŞ lideri çıxışı zamanı Tehranın nüvə silahı yaratmağa cəmi iki həftəsinin qaldığı barədə iddiasını da təkrarlayıb. O, İranı dünyada terrorizmin əsas dəstəkçisi olan dövlət adlandırıb.

Tramp İranla daha əvvəl əldə edilmiş atəşkəs razılaşmasını da tənqid edib. Onun sözlərinə görə, bu razılaşma vaxt itkisi olub.

“Biz qısamüddətli atəşkəs əldə etmişdik, lakin bu, heç vaxt mənim xüsusilə xoşuma gəlməyib”, – deyə ABŞ Prezidenti qeyd edib.

Tramp əlavə edib ki, Vaşinqton qarşı tərəflə münasibətlərdə nəzakətli davranmağa çalışsa da, onun fikrincə, əldə olunan razılaşma nəticə verməyib.

Fatimə

Sfera.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑