Dünya · Təzadlar

Paşinyandan bir addım: TRIPP üzrə layihələndirmə işlərinə başladılar! - Təzadlar - Təzadlar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Paşinyandan bir addım: TRIPP üzrə layihələndirmə işlərinə başladılar! - Təzadlar - Təzadlar xəbəri üçün şəkil

Nəhayət, Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan, ərazi idarəetməsi və infrastruktur naziri Davit Xudatyan, Şəhərsalma Komitəsinin sədri Eqiazar Vardanyan və digər rəsmilər Sünik (Zəngəzur) vilayətinə səfər ediblər. Tezadlar.az “Sputnik Armeniya”ya istinadla xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Ermənistan rəsmiləri oktyabrın 21-də TRIPP infrastrukturlarının layihələndirilməsi üzrə işlərin başlanması ilə bağlı təşkilati məsələləri yerində müzakirə etmək və layihənin bundan sonrakı gedişatını müəyyənləşdirmək məqsədilə Sünik vilayətində olublar.

Qeyd: Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan TRIPP layihəsi çərçivəsində tikinti işlərinin 2026-cı ilin sonu və ya 2027-ci ilin əvvəlində başlaya biləcəyini bildirib. O, daha real müddətin 2027-ci ilin əvvəli olduğunu deyib. Hazırda ərazinin təmizlənməsi, texniki qiymətləndirmə və digər hazırlıq işlərinin aparıldığı bildirilir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑