Siyasət · Təzadlar

Netanyahu İranla müharibənin yenidən başlanması üçün Trampa təzyiq göstərir? - Təzadlar - Təzadlar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Netanyahu İranla müharibənin yenidən başlanması üçün Trampa təzyiq göstərir? - Təzadlar - Təzadlar xəbəri üçün şəkil

Qəribə də olsa, ABŞ prezidenti Donald Tramp şənbə günü İsrailin Baş naziri Benyamin Netanyahu ilə İranla danışıqlar və hərbi əməliyyatların bərpası məsələsini müzakirə edib. Tezadlar.az “İzvestiya”ya istinadla bildirir ki, bu barədə İsrailin 12-ci kanalı ABŞ və İsrail mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, Netanyahu ABŞ-da noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı hərbi əməliyyatların yenidən başlanması üçün Trampa təzyiq göstərir. Tramp isə hələlik diplomatik danışıqlara imkan verilməsinin tərəfdarıdır. Mənbələr telefon danışığını gərgin və açıq müzakirə kimi xarakterizə ediblər. ABŞ dövlət katibi Marko Rubio isə Trampın İrana yeni zərbələr endirmək barədə hələ qərar vermədiyini və diplomatik həll yoluna üstünlük verdiyini bildirib. Tramp da İranla danışıqların yaxşı getdiyini, lakin ABŞ-ın Tehranın nüvə obyektləri məsələsini həll etməli olduğunu qeyd edib.

İran hakimiyyəti hələki bu iddiaları cavablandırmayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑