Dünya · Təzadlar

ABŞ Ukrayna müharibəsinin həlli ilə bağlı yeni təkliflər hazırlayıb və... - Təzadlar - Təzadlar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ Ukrayna müharibəsinin həlli ilə bağlı yeni təkliflər hazırlayıb və... - Təzadlar - Təzadlar xəbəri üçün şəkil

ABŞ Ukraynada müharibənin nizamlanması ilə bağlı yeni təkliflər hazırlayıb. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə “The Economist” məlumat yayıb. Təkliflər planına Donbasda demilitarizasiya zonasının yaradılması daxildir. Plan çərçivəsində Rusiyaya sanksiyaların yumşaldılması, ABŞ şirkətləri ilə iqtisadi sazişlərin bağlanması və Vaşinqtonla münasibətlərin normallaşdırılması təklif ediləcək. Ukraynaya isə NATO-ya üzv olmaqdan imtina etməsi müqabilində investisiyalar və Avropa İttifaqına üzvlük perspektivi vəd olunur. Bundan əlavə, Rusiya qazının Avropaya tədarükünün bərpası və “Şimal axını” qaz kəmərinin yenidən işə salınması məsələləri də müzakirə edilir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑