Cəmiyyət · Təzadlar

Şahin Bağırov Şirvanda vətəndaşları qəbul edib - Təzadlar - Təzadlar

Hazırda oxuyur: — Ümumi baxış: 2 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Şahin Bağırov Şirvanda vətəndaşları qəbul edib - Təzadlar - Təzadlar xəbəri üçün şəkil

Bu gün Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Şirvan şəhərində vətəndaşları qəbul edib.

Tezadlar.az komitəyə istinadən xəbər verir ki, Ş. Bağırov Şirvan şəhəri, Hacıqabul, Saatlı və Sabirabad rayonlarından olan vətəndaşlarla görüşüb.

Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda adıçəkilən rayonların sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma2

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑