Dünya · Teleqraf

Trampdan sensasion iddia: Ukraynaya verilən ABŞ raketləri satılıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Trampdan sensasion iddia: Ukraynaya verilən ABŞ raketləri satılıb xəbəri üçün şəkil

BAKI, 16 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp keçmiş dövlət başçısı Co Baydenin hakimiyyəti dövründə Ukraynaya göndərilən Amerika raketlərinin sonradan açıq bazarda satıldığını iddia edib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə “Newsmax” telekanalına müsahibəsində danışıb.

“Bayden onlara raketlər verirdi, həmin raketlər isə Ukraynaya çatdıqdan sonra açıq bazarda satılırdı”, – ABŞ lideri bildirib.

Tramp iddiasını təsdiqləyən konkret faktlar və ya sənədlər təqdim etməyib. Raketlərin kimlər tərəfindən və hansı ölkələrə satıldığı barədə də məlumat açıqlanmayıb.

ABŞ Prezidenti müsahibəsində Ukrayna lideri Volodimir Zelenskini də tənqid edib. O, Zelenskinin müharibənin sülh yolu ilə başa çatdırılmasında maraqlı olmadığını iddia edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑