Bakı. Trend:
ABŞ-ın Oreqon ştatında məktəbdə baş verən atışma nəticəsində üç uşaq və bir böyük həyatını itirib.
Bu barədə CBS telekanalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
CNN-in məlumatına görə, atəş açan şəxs 16 yaşlı yeniyetmə olub. Ölən uşaqların 5-11 yaşlarında olduğu bildirilir.
Daha əvvəl yerli hakimiyyət orqanları atəş açan şəxsin öldüyünü açıqlayıb. Hüquq-mühafizə orqanları yeniyetmənin həmin təhsil müəssisəsi ilə əlaqəsinin olub-olmadığını araşdırır.
Hadisənin digər təfərrüatları dəqiqləşdirilir.
Qeyd edək ki, ABŞ-da məktəblərdə silahlı insidentlər hər il qeydə alınır. K-12 School Shooting Database məlumatlarına görə, 2023-cü ildə ölkənin ibtidai və orta təhsil müəssisələrində 352, 2024-cü ildə 336, 2025-ci ildə isə 232 atışma hadisəsi qeydə alınıb.





