Dünya · Teleqraf

Tramp səfirin İrana mümkün zərbə açıqlamasından xəbərsiz olduğunu deyib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp səfirin İrana mümkün zərbə açıqlamasından xəbərsiz olduğunu deyib xəbəri üçün şəkil

BAKI, 24 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Türkiyədəki səfiri Tom Barrakın İrana qarşı yaxın həftəsonunda zərbə endirilə biləcəyi barədə açıqlamasından xəbərsiz olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu barədə “Mediaite” nəşri məlumat yayıb.

Daha əvvəl Tom Barrak bloqer Mario Navfal ilə müsahibəsində ABŞ-nin İrana zərbə endirməsinin mümkünlüyündən danışıb. O, hücumun qarşıdakı həftəsonunda baş verə biləcəyi ilə bağlı suala “Şübhəsiz” cavabını verib.

Diplomat eyni zamanda Trampın İranla razılaşma əldə etməyə açıq olduğunu və tərəflərin artıq bir neçə aydır danışıqlar apardığını qeyd edib.

Jurnalist Barrakın açıqlamasını Trampa çatdırdıqda, ABŞ Prezidenti təəccüblə “Bu, mənim Türkiyədəki səfirimdir?” deyə soruşub. Daha sonra gülümsəyərək Florida qubernatoru Ron DeSantisə tərəf dönüb və “Güman edirəm ki, o, kifayət qədər nüfuzlu şəxsdir”, – deyə bildirib.

Tramp sonda səfirin açıqlamasından xəbərdar olmadığını vurğulayıb: “Əgər belədirsə, mənim bundan xəbərim yoxdur. Hamınıza təşəkkür edirəm”.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑