İdman · Teleqraf

Ronaldu 981-ci qolunu vurub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ronaldu 981-ci qolunu vurub xəbəri üçün şəkil

BAKI, 13 oktyabr. TELEQRAF

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu Asiya Çempionlar Liqasının ümumi mərhələsinin ikinci turunda Özbəkistanın “Neftçi” komandasını 3:1 hesabı ilə məğlub edib.

Teleqraf xəbər verir ki, Ər-Riyadda keçirilən qarşılaşmada Kriştiano Ronaldu peşəkar karyerasının 981-ci qoluna imza atıb.

Meydan sahiblərinin heyətində Anjelo 33-cü, Ronaldu isə 42-ci dəqiqədə fərqlənib. Qonaq komandanın yeganə qolunu 51-ci dəqiqədə Əlişir Odilov vurub.

65-ci dəqiqədə “Neftçi”nin yarımmüdafiəçisi İkram Əlibayev qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. 78-ci dəqiqədə isə Özbəkistan təmsilçisinin futbolçusu topu öz qapısına göndərib.

Qeyd edək ki, Ər-Riyadda raket təhlükəsi elan olunduğuna görə qarşılaşma nəzərdə tutulan vaxtdan bir saat gec başlayıb.

Bu nəticə ilə “Əl-Nəsr” Asiya Çempionlar Liqasının cari mövsümündə ilk qələbəsini qazanıb. Komanda ilk turda Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubuna səfərdə 0:4 hesabı ilə məğlub olmuşdu.

Səudiyyə Ərəbistanının son çempionu növbəti oyununu oktyabrın 26-da BƏƏ-nin “Əl-Vəsl” komandasına qarşı keçirəcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑