İdman · Teleqraf

Maykl Cordanın forması rekord qiymətə satılıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Maykl Cordanın forması rekord qiymətə satılıb xəbəri üçün şəkil

BAKI, 13 oktyabr. TELEQRAF

Əfsanəvi amerikalı basketbolçu Maykl Cordanın 1998-ci ildə NBA finalında geyindiyi forma hərracda rekord məbləğə - 14 milyon dollara satılıb.

Teleqraf xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Cordan həmin formanı 1998-ci ildə “Çikaqo Bullz”un heyətində “Yuta Cazz”a qarşı final seriyasının ikinci oyununda geyinib. Qarşılaşma Çikaqo təmsilçisinin 93:88 hesablı qələbəsi ilə başa çatıb. Basketbolçu həmin oyunda 37 xal toplayıb.

“Çikaqo Bullz” sonradan final seriyasında 4:2 hesabı ilə qalib gələrək NBA çempionu olub. Hərracda satılan formada Cordanın avtoqrafı da var.

14 milyon dollarlıq satış basketbolla əlaqəli əşyalar arasında yeni rekord müəyyənləşdirib. Eyni zamanda, bu forma idman tarixində hərracda satılan ən bahalı ikinci oyun forması olub.

Rekord isə amerikalı beysbolçu Beyb Ruta məxsusdur. Onun forması 2024-cü ildə 24,12 milyon dollara satılıb.

Qeyd edək ki, 63 yaşlı Maykl Cordan NBA tarixinin ən uğurlu basketbolçularından biridir. O, “Çikaqo Bullz”un heyətində altı dəfə NBA çempionu olub və hər dəfə final seriyasının ən dəyərli oyunçusu seçilib.

Cordan, həmçinin beş dəfə NBA-nın müntəzəm mövsümünün ən dəyərli basketbolçusu adına layiq görülüb. ABŞ millisinin heyətində isə 1984 və 1992-ci illərdə Olimpiya çempionu olub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑