Döyüş növləri · Teleqraf

Rinqdə faciə: 75 yaşlı hakim güləşçinin zərbəsindən öldü - VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rinqdə faciə: 75 yaşlı hakim güləşçinin zərbəsindən öldü - VİDEO xəbəri üçün şəkil

BAKI, 8 oktyabr. TELEQRAF

Meksikada keçirilən restlinq turnirində faciə baş verib.

Teleqraf xəbər verir ki, Hidalgo ştatında təşkil olunan yarış zamanı 75 yaşlı hakim Herardo Herman Pineda vəfat edib.

“Əl Buho” ləqəbi ilə tanınan hakim turnirin əsas qarşılaşması zamanı restlinqçi İho de Fişmanın tətbiq etdiyi fənddən sonra həyatını itirib. Güləşçi hakimi qaldıraraq başıaşağı vəziyyətdə yerə çırpıb.

Pineda bir müddət ağrı içində yerdə qalıb, daha sonra isə hərəkətsiz vəziyyətə düşüb. Hadisə yerinə gələn həkimlər onun öldüyünü müəyyənləşdiriblər.

İho de Fişman polis tərəfindən saxlanılıb. Onu qəsdən adam öldürmə ittihamı ilə 5 ildən 15 ilədək həbs cəzası gözləyir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑