BAKI, 8 oktyabr. TELEQRAF
Azərbaycanın taekvondoçusu Qaşim Maqomedov Fransanın paytaxtı Parisdə keçiriləcək Dünya Taekvondo Qran-Prisində iştirak edəcək.
Taekvondo Federasiyasından Teleqraf-a bildirilib ki, baş məşqçi Məmməd Abdullayevin rəhbərliyi ilə yarışa yollanan idmançı 58 kiloqram çəki dərəcəsində mübarizə aparacaq. O, oktyabrın 9-da tatamiyə çıxacaq.
Bu gün start götürəcək və oktyabrın 11-dək davam edəcək Qran-Pri turniri Olimpiadaya reytinq xalları qazandırır.
Beynəlxalq dərəcəli hakim Aygül Abdullayeva da yarışda Azərbaycanı təmsil edir.





