İdman · Teleqraf

"Real Madrid"in gənc ulduzu "Milan"a keçə bilər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
"Real Madrid"in gənc ulduzu "Milan"a keçə bilər xəbəri üçün şəkil

BAKI, 11 oktyabr. TELEQRAF

İspaniyanın "Real Madrid" klubunun braziliyalı gənc ulduzu Endrik daha çox oyun praktikası qazanmaq üçün qış transfer pəncərəsində "Milan"a keçməyə razılıq verib.

Teleqraf xəbər "La Gazzetta dello Sport" nəşrinə istinadən verir ki, İtaliya klubunun sahibi Cerri Kardinale futbolçunun nümayəndələri ilə sıx əlaqələri sayəsində bu transferdə əsas üstünlüyə sahibdir.

Məlumata görə, Endrikin hüquqlarını qoruyan "Roc Nation" agentliyi ilə Kardinale arasında yüksək səviyyəli əməkdaşlıq münasibətləri mövcuddur. Məhz bu faktor "Milan"ın Avropanın digər iddialı klublarını üstələməsinə şərait yaradır.

18 yaşlı hücumçu ilə İtaliyanın "Roma" və İngiltərənin "Aston Villa" klubları da yaxından maraqlanır. "Real Madrid" icarə müqaviləsinə yaşıl işıq yandıracağı təqdirdə, "Milan" rəhbərliyi transferi həyata keçirəcəyinə əmindir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑