İdman · AZƏRTAC

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb xəbəri üçün şəkil

Bakı, 11 oktyabr,

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, “Qarabağ” Yevlax şəhər stadionunda “İmişli”nin qonağı olub.

Qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 59-cu dəqiqədə Aleksey Kaşuk və 88-ci dəqiqədə Jali Muaddib vurublar. Məlumat üçün bildirək ki, bu, "köhlən atlar"ın Azərbaycan çempionatlarında 1000-ci matçı olub.

Bu qələbədən sonra xallarını 16-ya çatdıran "Qarabağ" 3-cü pillədə qərarlaşıb. "İmişli" isə 4 xalla 9-cudur.

Turun bağlanış oyunu “SOCAR Polymer Arena”da “Şəfa” və “Turan Tovuz” komandaları arasında olacaq. Görüş saat 18:30-da start götürəcək.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Kəpəz” “Araz-Naxçıvan”a 2:0, “Sumqayıt” “Qəbələ”yə 4:1 hesabı ilə qalib gəlib, “Neftçi” – “Sabah” (0:0) və “Zirə” – “Şamaxı” (1:1) görüşləri isə heç-heçə ilə yekunlaşıb.

 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑