BAKI, 8 oktyabr. TELEQRAF
“Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin “ən dəhşətlisi Ermənistanın yeni Ukraynaya çevrilməsidir” sözü mənim üçün anlaşılmazdır”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan brifinqdə deyib.
Hökumət başçısı çıxışında Ukraynanın Rusiyanın dərinliklərinə hava zərbələri fonunda baş verən partlayışlara da diqqət çəkib:
“Ermənistan artıq belə bir təhlükə ilə üzləşib və o zaman KTMT Ermənistan qarşısındakı öhdəliklərini yerinə yetirməyib. Cənab Medvedev niyə belə şey deyib? Belə bir bəyanat da səsləndirilə bilər ki, Ermənistan birdən-birə yeni Rusiyaya çevrilməsin, çünki Rusiyanın müxtəlif yerlərində (Ukraynanın uzaqmənzilli zərbələri fonunda - red.) partlayış səsləri eşidilir. Bu, yaxşı janr deyil. Ermənistan getdikcə daha suveren dövlət olacaq”.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini bundan əvvəl Ermənistan haqda danışarkən bildirmişdi ki, ən dəhşətlisi Ermənistanın yeni Ukraynaya çevrilməsidir.



.webp)


