Cənubi Qafqaz · Teleqraf

İlham Əliyev və Nikol Paşinyan görüşəcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İlham Əliyev və Nikol Paşinyan görüşəcək xəbəri üçün şəkil

BAKI, 8 oktyabr. TELEQRAF

“Aşqabadda Azərbaycan Prezidenti İlham Əliyevlə təmaslar nəzərdə tutulur”.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.

Paşinyanın sözlərinə görə, İlham Əliyevlə əvvəlcədən planlaşdırılmış ikitərəfli rəsmi görüş nəzərdə tutulmayıb.

O qeyd edib ki, MDB ölkələri liderlərinin sammiti çərçivəsində müxtəlif formatlarda təmasların və müzakirələrin keçirilməsi mümkündür.

Ermənistan Baş nazirinin sammit çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə də təmasları olacaq.

“Format elədir ki, həm Rusiya, həm də Azərbaycan prezidentləri ilə təmaslar mütləq olacaq. Amma rəsmi görüş planlaşdırılmır. Birdən ehtiyac olduğu məlum olsa, bəlkə bu da mümkündür”, - Paşinyan əlavə edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑