Dünya · Teleqraf

Nyu-York hava limanında gömrük-sərhəd sistemində nasazlıq yaranıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Nyu-York hava limanında gömrük-sərhəd sistemində nasazlıq yaranıb xəbəri üçün şəkil

BAKI, 11 oktyabr. TELEQRAF

Nyu-Yorkdakı Con Kennedi Beynəlxalq Hava Limanında ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidmətinin elektron sistemində yaranan nasazlıq xaricdən gələn sərnişinlərin yoxlanılmasında gecikmələrə səbəb olub.

Teleqraf xəbər verir ki, bu barədə hava limanının administrasiyası “X” sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, sistemdəki nasazlıq hazırda JFK hava limanına beynəlxalq reyslərlə gələn sərnişinlərin yoxlanılmasına təsir göstərir. Sərnişinlərdən daha uzun gözləmə müddətinə hazır olmaları xahiş olunub.

ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidməti yaranmış problemin aradan qaldırılması üzərində işləyir. Nasazlığın səbəbi hələ açıqlanmayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑