İdman · Teleqraf

Noyer Messini geridə qoyaraq ÇL tarixində üçüncü oldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Noyer Messini geridə qoyaraq ÇL tarixində üçüncü oldu xəbəri üçün şəkil

BAKI, 4 noyabr. TELEQRAF

Bundesliqa klublarından “Bavariya”nın qapıçısı Manuel Noyer UEFA Çempionlar Liqasının tarixində ən çox oyun keçirən futbolçuların siyahısında üçüncü pilləyə yüksəlib.

Teleqraf xəbər verir ki, 40 yaşlı almaniyalı qolkiper Liqa mərhələsinin IV turunda Madrid “Atletiko”su ilə səfər matçında meydana çıxmaqla turnirdəki oyunlarının sayını 164-ə çatdırıb.

Bununla da Noyer sabiq komanda yoldaşı Tomas Mülleri (163 oyun) və Lionel Messini geridə qoyub.

Qeyd edək ki, Noyer 2011-ci ildən “Bavariya”da çıxış edir. O, Münhen təmsilçisi ilə iki dəfə – 2012/2013 və 2019/2020 mövsümlərində Çempionlar Liqasının qalibi olub.

Turnir tarixində ən çox oyun keçirən futbolçular Kriştianu Ronaldu (183) və İker Kasilyasdır (177).

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑