BAKI, 8 oktyabr. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan iki günlük işgüzar səfərlə Türkmənistana yola düşüb.
Teleqraf xəbər verir ki, o, Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edəcək.
Nikol Paşinyan bu gün brifinqdə sammit çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə rəsmi görüşün planlaşdırılmadığını söyləsə də, təmasların olacağını açıqlayıb. Amma o, ehtiyac yaranacağı halda belə bir görüşün ola biləcəyini də qeyd edib.





.webp)
