Dünya · Teleqraf

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq xəbəri üçün şəkil

BAKI, 10 oktyabr. TELEQRAF

NATO Hərbi Komitəsinin rəhbəri Cüzeppe Kavo Draqone Şimali Atlantika Alyansının Kalininqradı blokadaya almaq niyyətində olmadığını bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə o, "La Repubblica" qəzetinə müsahibəsində deyib.

O qeyd edib ki, alyans toqquşmaya can atmır, lakin hər hansı bir hücüm halında cavab üçün kifayət gücə malikdir.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin oktyabrın 1-də "Valday" beynəlxalq diskussiya klubunun plenar sessiyasında çıxışı zamanı bildirib ki, əgər söhbət Rusiyaya, xüsusən də Kalininqrada birbaşa hücumdan gedərsə, Rusiya Federasiyasının sərəncamında olan bütün silahların dərhal və qaçılmaz olaraq tətbiqi məsələsi gündəmə gələcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑