BAKI, 3 noyabr. TELEQRAF
ABŞ Tehranın yeddi şərtini tam yerinə yetirməyincə, İran Hörmüz boğazını açmayacaq.
Teleqraf xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib.
X sosial şəbəkəsində paylaşım edən Rezai qeyd edib ki, Vaşinqton İranın yeddi şərtinin hamısına hərtərəfli və birmənalı cavab verməli və onları yerinə yetirməlidir.
"ABŞ-ın İranın hüquqları və tələbləri ilə bağlı cavabı inandırıcı deyildi", - deyə o yazıb.
Rezai vurğulayıb ki, Hörmüz boğazının açılması yalnız Tehranın irəli sürdüyü tələblər tam yerinə yetirildikdən sonra mümkündür


