Dünya · Teleqraf

KİV: Avropa İttifaqı Putinlə danışıqlar aparacaq şəxs axtarır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
KİV: Avropa İttifaqı Putinlə danışıqlar aparacaq şəxs axtarır xəbəri üçün şəkil

BAKI, 22 oktyabr. TELEQRAF

Avropa İttifaqında (Aİ) Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqlar aparmaq üçün xüsusi nümayəndənin müəyyənləşdirilməsi məsələsi müzakirə olunur.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Çexiya Prezidenti Petr Pavel Aİ ölkələrinin Rusiya ilə dialoq aparmaq üçün vahid nümayəndə və ya səlahiyyətli nümayəndələr qrupu müəyyənləşdirməli olduğunu bildirib.

Avropalı diplomatlardan biri qeyd edib ki, danışıqlarda ayrı-ayrı şəxslərin eyni vaxtda Aİ adından çıxış etməsi səmərəli deyil.

“Biz hər biri Avropa İttifaqı adından danışan iki-üç nəfərlə danışıqlara gedə bilmərik”, – diplomat vurğulayıb.

Onun sözlərinə görə, nümayəndə seçilərkən daxili siyasi maraqlar deyil, danışıqların nəticəliliyi əsas götürülməlidir.

Mümkün namizədlər arasında Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın adları çəkilir.

Bununla belə, bəzi avropalı diplomatlar Finlandiya Prezidenti Aleksandr Stubbun bu missiya üçün daha uyğun namizəd olduğunu düşünürlər.

Hələlik Putinlə danışıqları kimin aparacağı barədə yekun qərar qəbul edilməyib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑