İdman · Teleqraf

İtaliya klubunda baş məşqçi istefası - mövsümün dördüncüsü

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İtaliya klubunda baş məşqçi istefası - mövsümün dördüncüsü xəbəri üçün şəkil

BAKI, 13 oktyabr. TELEQRAF

İtaliyanın “Venesiya” klubu baş məşqçisi Covanni Stroppe ilə yollarını ayırıb.

Teleqraf xəbər verir ki, A Seriyası təmsilçisi bu barədə rəsmi saytı vasitəsilə məlumat yayıb.

Stroppa “Atalanta”ya 1:3 hesablı məğlubiyyətdən sonra vəzifəsindən ayrılıb. A Seriyasında 6 turdan sonra komandanın hesabında xal yoxdur. “Venesiya” turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Klub uğursuz nəticələrə baxmayaraq, mütəxəssisə gördüyü işlərə görə təşəkkür edib və ötən mövsüm komandanı A Seriyasına yüksəltməsini xüsusi qeyd edib.

Qeyd edək ki, 2026/2027 mövsümündə A Seriyasında baş məşqçi dəyişikliyi edən klubların sayı dördə çatıb. Sentyabrda “Fiorentina”, “Bolonya” və “Parma” da çalışdırıcıları ilə yollarını ayırıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑