Dünya · Teleqraf

Fransada iğtişaşlar zamanı meriya binası yandırılıb, tarixi qüllə uçub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fransada iğtişaşlar zamanı meriya binası yandırılıb, tarixi qüllə uçub xəbəri üçün şəkil

BAKI, 18 oktyabr. TELEQRAF

Fransanın Limoj şəhərində iğtişaşlar zamanı meriya binasında baş verən güclü yanğın nəticəsində tarixi zəng qülləsi uçub.

Teleqraf xəbər verir ki, bu barədə “France 3” telekanalı məlumat yayıb.

Məlumata görə, bir neçə radikal qrup meriya binasına daxil olaraq birinci mərtəbədəki otaqları yandırıb. Daha sonra binanın yaxınlığında dayanmış avtomobillərə də od vurulub və onlar partlayıb.

Hadisə yerinə cəlb edilən yanğınsöndürənlərin səylərinə baxmayaraq, alov təxminən bir saat ərzində binanın dam örtüyünə yayılıb.

Daha bir saat sonra yanğın meriyanın tarixi zəng qülləsini də bürüyüb. Telekanalın yayımladığı kadrlarda yanan qüllənin aşaraq binanın damının bir hissəsini dağıtdığı görünür.

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Limoj şəhərinin meri Giyom Geren hadisəni sərt şəkildə pisləyib.

“Baş verənləri qınamaq üçün söz tapmaq mümkün deyil. Bu, son dərəcə alçaq hərəkətdir. Ölkədə xaos yaşanır”, – mer bildirib.

Gerenin sözlərinə görə, iğtişaş iştirakçıları insanları öldürmək niyyəti ilə gəliblər və bunu müşahidə kameralarının görüntüləri də göstərir.

Şəhər rəhbəri tarixi binanın dağıdılmasında məsuliyyət daşıyan şəxslərin cəzalandırılması üçün hüquqi addımlar atacağını açıqlayıb.

Qeyd edək ki, Limoj meriyasının binası 1883-cü ildə memar Şarl Alfred Leklerin rəhbərliyi ilə inşa olunub. Bina Fransanın mühafizə olunan tarixi abidələri sırasındadır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑