Dünya · Teleqraf

"Flydubai"in pilotu 2001-ci il 11 sentyabr hücumlarını təkrarlamaq istədiyini deyib

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
"Flydubai"in pilotu 2001-ci il 11 sentyabr hücumlarını təkrarlamaq istədiyini deyib xəbəri üçün şəkil

BAKI, 9 oktyabr. TELEQRAF

İsrailə gedən təyyarəni qaçırmağa cəhd edən "Flydubai" təyyarəsinin ikinci pilotu 2001-ci il sentyabrın 11-də ABŞ-də baş verən terror aktlarını təkrarlamağı planlaşdırıb.

Teleqraf xəbər verir ki, bu barədə BƏƏ-nin baş prokuroru Həməd Saif əl-Şəmsi bildirib.

"Ekstremist materialların təsiri onun zorakılığa və terrorizmə çağıran ideyalarla "silahlanmasına" səbəb olub və 2001-ci il 11 sentyabr terror hücumlarından ilhamlanıb. O, təyyarədən istifadə edərək oxşar hücum həyata keçirmək fikrinə düşüb və bu məqsədlə pilot olub .

Müstəntiqlərin sözlərinə görə, 29 yaşlı Oman vətəndaşı 2017-ci ildə Avstraliyada təhsil alarkən radikalizmə meyl etməyə başlayıb. O, məqsədyönlü şəkildə aviasiya sahəsində karyera qurmağa çalışıb və 30 sentyabrda planını həyata keçirməyə cəhd etməzdən əvvəl marşrutu öyrənmək üçün Təl-Əvivə iki dəfə uçuş edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑