Dünya · Teleqraf

Fars körfəzində Qətər tankerinə zərbə endirilib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fars körfəzində Qətər tankerinə zərbə endirilib xəbəri üçün şəkil

BAKI, 1 noyabr. TELEQRAF

Qətərin "Nakilat" şirkətinə məxsus "Al Mayeda" mayeləşdirilmiş təbii qaz tankeri Fars körfəzində hücuma məruz qalıb.

Teleqraf xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat verilib.

Məlumata görə, insident oktyabrın 30-da axşam saatlarında gəmi Fars körfəzindən keçərkən baş verib. Tanker naməlum obyektlərin zərbəsinə məruz qalıb. Hadisə nəticəsində heyət üzvlərindən xəsarət alan olmayıb və ətraf mühit üçün hər hansı təhlükə yaranmayıb.

"Nakilat" şirkətindən bildirilib ki, gəmi idarəolunma qabiliyyətini saxlayır və hazırda hadisənin nəticələrinin qiymətləndirilməsi aparılır. Şirkət dənizçilərin təhlükəsizliyini təmin etmək məqsədilə heyətlə və regionun dəniz təhlükəsizliyi qurumları ilə birbaşa əlaqədədir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑