BAKI, 4 noyabr. TELEQRAF
Türkiyənin “Fənərbağça” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Teleqraf xəbər verir ki, İstanbul təmsilçisi Əmrə Bələzoğlunun komandanın baş məşqçisi təyin olunduğunu açıqlayıb.
Klubun rəsmi paylaşımında Bələzoğlunun futbolçu və məşqçi kimi “Fənərbağça”ya xidmət etdiyi xatırladılıb.
“Bu emblemi daşımaq qürur, ona xidmət etmək isə məsuliyyətdir. Evə xoş gəldin, Əmrə Bələzoğlu!” – deyə klubun açıqlamasında bildirilib.
Qeyd edək ki, Əmrə Bələzoğlu daha əvvəl “Fənərbağça”da futbolçu və baş məşqçi kimi fəaliyyət göstərib.





