Turizm · Teleqraf

Cari ildə Lahıcı 120 mindən çox turist ziyarət edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Cari ildə Lahıcı 120 mindən çox turist ziyarət edib xəbəri üçün şəkil

İSMAYILLI, 8 oktyabr. TELEQRAF

2026-cı ilin yanvar-sentyabr aylarında Lahıcı 120 mindən çox yerli və xarici turist ziyarət edib.

Teleqraf-ın Lahıca ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Nəzər Əliyev deyib.

Onun sözlərinə görə, həmin dövr ərzində 26 mindən çox xarici turist ziyarət edib.

“Biz gündəlik statistika aparır və hər gün axşamüstü Dövlət Turizm Agentliyinə məlumat veririk”, - deyə N.Əliyev bildirib.

Qoruq direktorunun sözlərinə görə, xarici turistlərin Lahıca səfərləri əsasən yaz və payız aylarında daha intensiv olur.

“Hazırda da xarici turistlər gəlir. Ən çox Avstraliya, İsrail ölkələrindən, Cənubi, Şimali Amerika, Avropa, Asiya və Afrika qitələrindən turistlər gəlir. Demək olar ki, hər gün bu ölkələrdən iki-üç tur olur”, - deyə o qeyd edib.

N.Əliyev əlavə edib ki, xarici turistlər Lahıcın tarixi, yerli əhalinin məşğuliyyəti və yaşayış tərzi ilə yaxından maraqlanırlar:

“Onlar buranın tarixi haqqında məlumat almaq, insanların məşğuliyyəti ilə tanış olmaq istəyirlər”.

Qoruq direktoru bildirib ki, Lahıcda tarixi mühitlə müasir imkanların vəhdəti qorunur. Onun sözlərinə görə, turistlərin qalması üçün otellər və ev turizmi imkanları mövcuddur:

“Evlərdə bu günün tələblərinə uyğun şərait yaradılıb. Turistlər burada qalmaqla yanaşı, yerli mətbəxlə də tanış olmaq istəyirlər”, - deyə N.Əliyev vurğulayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑