Azərbaycanda ən az pul xərcləyən turistlərin hansı ölkələrdən gəldiyi məlum olub.
Azərbaycana gələn ən “səxavətli” turistlər kimlərdir? – TOP-5 ÖLKƏ
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycana gələn turistlər arasında adambaşına ən az pul xərcləyənlərin hansı ölkələrdən olduğunu hesablayıb.
2026-cı ilin yanvar–iyul aylarının göstəricilərinə görə, hələlik ən az pul xərcləyən turistlər Türkmənistandan gələnlərdir. 7 ayda bu ölkədən Azərbaycana 9 429 nəfər gəlib və onların ümumi xərcləri 10 milyon 793,6 min manat təşkil edib. Beləliklə, bir türkmənistanlı turist Azərbaycanda orta hesabla cəmi 1 145 manat xərcləyib.
Adambaşına ən aşağı xərc göstəricisinə görə ikinci yerdə Gürcüstan gəlir. Bu ölkədən Azərbaycana 30 592 turist gəlib. Onların ümumi xərcləri 39 milyon 939 min manat, bir nəfərə düşən orta xərc isə 1 306 manat olub.
Üçüncü yerdə Tacikistan qərarlaşıb. Tacikistandan gələn 5 705 turist Azərbaycanda ümumilikdə 7 milyon 831 min manat xərcləyib. Bir turistin orta xərci 1 373 manatdır.
Sonrakı yerləri İran və Türkiyə tutur. İrandan gələn 6 030 turistin ümumi xərci 8 milyon 804 min manat, adambaşına xərc 1 460 manat olub. Türkiyədən isə Azərbaycana 120 631 turist gəlib. Onların ölkədə xərclədiyi məbləğ 177 milyon 412 min manata çatıb, amma turistlərin sayının çox olması fonunda bir nəfərə orta hesabla 1 471 manat düşüb.
Xatırladaq ki, sözügedən dövrdə Azərbaycana gələn bütün turistlər üzrə adambaşına orta xərc 1713 manatdır.
Azərbaycanda adambaşına ən az pul xərcləyən turistlər
Yer
Ölkə
Turist sayı
Ümumi xərc
1 turistin orta xərci
1
Türkmənistan
9 429
10,794 mln. manat
1 145 manat
2
Gürcüstan
30 592
39,939 mln. manat
1 306 manat
3
Tacikistan
5 705
7,831 mln. manat
1 373 manat
4
İran
6 030
8,804 mln. manat
1 460 manat
5
Türkiyə
120 631
177,412 mln. manat
1 471 manat





