Dünya · Teleqraf

BVF 2027-ci ildə Ukraynaya 30-35 milyard dollar yardım edə bilər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
BVF 2027-ci ildə Ukraynaya 30-35 milyard dollar yardım edə bilər xəbəri üçün şəkil

BAKI, 23 oktyabr. TELEQRAF

Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynanın 2027-ci il dövlət büdcəsinin icrası üçün 30-35 milyard dollar xarici maliyyələşdirməyə ehtiyacı olacağını təxmin edir.

Teleqraf xəbər verir ki, bu barədə BVF-nin Ukrayna üzrə idarəedici direktorunun müavini Vladislav Raşkovan məlumat verib.

O əlavə edib ki, Ukrayna tərəfi öz öhdəliklərini yerinə yetirərsə, bu vəsait tapılacaq. Raşkovanın sözlərinə görə, dördüncü rüb üçün maliyyələşdirmənin əhəmiyyətli bir hissəsi hələ də Ali Radanın qərarlarını tələb edir.

Sentyabr ayında Ukrayna Nazirlər Kabineti təxminən 36 milyard dollar kəsirlə 2027-ci il üçün büdcə layihəsini təqdim etdi. Bu, Kiyevin büdcə kəsirini Qərb maliyyəsi ilə ödəməyə ümid etdiyi ilk il deyil. "Ukrainska Pravda" nəşri hesablayıb ki, 2022-ci ilin fevral ayından bəri Qərb tərəfdaşları tərəfindən Ukraynaya ayrılan maliyyə yardımının məbləği təxminən 200 milyard dollar təşkil edib. Ukraynanın keçmiş baş naziri (2010-2014) Nikolay Azarovun qeyd etdiyi kimi, Qərb maliyyəsi olmadan Ukrayna bir dövlət kimi mövcudluğunu dayandıracaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑