Cənubi Qafqaz · Teleqraf

Avropa İttifaqının Ermənistana ticarət güzəştlərinə dair qərarı imzalandı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Avropa İttifaqının Ermənistana ticarət güzəştlərinə dair qərarı imzalandı xəbəri üçün şəkil

BAKI, 8 oktyabr. TELEQRAF

Avropa Parlamentinin sədri Roberta Metsola və İrlandiyanın Avropa işləri və müdafiə naziri Tomas Birn Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri tətbiq edən qanunvericilik aktını imzalayıb.

Teleqraf xəbər verir ki, mərasimdə Avropa Parlamentinin Ermənistan üzrə məruzəçisi Boqdan Zdroyevski də iştirak edib.

Qaydalar iki il müddətinə geniş çeşiddə Ermənistan mallarına gömrük rüsumlarının ləğvini nəzərdə tutur. Güzəştlər kənd təsərrüfatı məhsulları, tekstil və ayaqqabı da daxil olmaqla 300-dən çox məhsul qrupuna şamil olunur. Sənəd həmçinin Avropa İttifaqı istehsalçıları üçün qoruyucu mexanizmlər müəyyən edir.

Qaydalar Aİ-nin Rəsmi Jurnalında dərc olunacaq və dərc olunduğu gündən sonrakı gün qüvvəyə minəcək. Qanunvericilik proseduru sürətləndirilmiş prosedur çərçivəsində 2 iyul - 7 oktyabr tarixləri arasında həyata keçirilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑