BAKI, 15 oktyabr. TELEQRAF
Albaniyada hökumət əleyhinə etirazçılar iğtişaşlarla nəticələnib.
Teleqraf CNA-ya istinadən xəbər verir ki, nümayişçilər Ədliyyə Nazirliyinin binasını yandırıb, parlamentin qapılarını sındıraraq içəri Molotov kokteyli atıblar. Dövlət Arxivlərinə basqın edilib və mərkəzi polis bölmələrindən biri yandırılıb. Etirazçılar qruplara bölünərək Tirananın mərkəzində dağıntılar törədiblər.
İğtişaşlar 13 oktyabrda Tiranada Albaniya Təhsil Nazirliyinin qarşısında tələbə etirazı ilə başlayıb və ertəsi gün də davam edib .
Tiranada hökumətin ölkənin Adriatik dənizi sahilindəki Vjosa Narta qorunan ərazisində kurort tikintisi təklifi ilə bağlı 130 gündən çoxdur ki, hökumət əleyhinə mitinqlər keçirilir. Etirazçılar qorunan təbiət əraziləri haqqında qanuna edilən düzəlişlərin ləğvini və hökumətin istefasını tələb edirlər.



