Dünya · News24.az

Fransada məktəblilərin etirazı: Saxlananların sayı 8000-ə çatır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fransada məktəblilərin etirazı: Saxlananların sayı 8000-ə çatır xəbəri üçün şəkil

Fransada məktəblilərin etiraz aksiyaları zamanı saxlanılanların 85%-i yetkinlik yaşına çatmayanlardır.

News24.az xəbər verir ki, ölkənin Ədliyyə Nazirliyinin məlumatlarına əsasən, etirazların başlanmasından bəri hüquq-mühafizə orqanlarının əməkdaşları 7 950 nəfəri saxlayıb.

Bundan əlavə, saxlanılan 26 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Onların isə 65%-i yetkinlik yaşına çatmış şəxslərdir.

Qeyd edək ki, yuxarı sinif şagirdlərinin etiraz aksiyaları sentyabrın sonunda İl-de-Frans bölgəsində başlayıb və hazırda bütün Fransanı əhatə edir.

Aksiya iştirakçıları dərs cədvəllərinin həddindən artıq yüklənməsinə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə etiraz edirlər. Bəzi ərazilərdə nümayişlər iğtişaşlara və polislə toqquşmalara çevrilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑