Dünya · Teleqraf

ABŞ və Avropa Ukrayna müharibəsini qışa qədər dayandırmağı müzakirə edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ və Avropa Ukrayna müharibəsini qışa qədər dayandırmağı müzakirə edib xəbəri üçün şəkil

BAKI, 10 oktyabr. TELEQRAF

ABŞ, Ukrayna, Avropa ölkələri və NATO nümayəndələri Ukraynadakı müharibənin qış mövsümü başlamazdan əvvəl dayandırılması imkanlarını müzakirə ediblər.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff “X” sosial şəbəkəsində məlumat yayıb.

Onun sözlərinə görə, oktyabrın 9-da Mayamidə keçirilən görüşdə ABŞ, Ukrayna, Böyük Britaniya, Fransa, Almaniya, Avropa Komissiyası və NATO nümayəndələri iştirak ediblər.

Danışıqlarda Ukrayna münaqişəsində gərginliyin azaldılması, hərbi əməliyyatların qış mövsümünə qədər dayandırılması və davamlı sülhə nail olunması yolları nəzərdən keçirilib.

“Mayamidə Ukrayna münaqişəsinin qış başlamazdan əvvəl deeskalasiyası və dayandırılmasının mümkün yolları, eləcə də möhkəm və uzunmüddətli sülhə nail olmaq istiqamətində səylərin irəlilədilməsi ilə bağlı konstruktiv danışıqlar aparılıb”, – Uitkoff bildirib.

ABŞ rəsmisi görüşün nəticələri üzrə konkret razılaşmanın əldə edilib-edilmədiyini açıqlamayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑