Dünya · Teleqraf

ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib xəbəri üçün şəkil

BAKI, 24 oktyabr. TELEQRAF

ABŞ, Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqların növbəti raundu yaxın bir neçə həftə ərzində Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər.

Teleqraf xəbər verir ki, bu barədə "Sky News" ABŞ rəsmisinə istinadən məlumat verib.

Mənbə bildirib ki, danışıqlar prosesinin məqsədi sonda üç ölkə liderləri səviyyəsində görüş təşkil etməkdir. Lakin buna nail olmaq üçün görüləsi xeyli iş var.

Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Əbu-Dabidə üçtərəfli danışıqların keçirilməsinin gözlənildiyini bildirmişdi.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑