Dünya · Teleqraf

Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək xəbəri üçün şəkil

BAKI, 31 oktyabr. TELEQRAF

Çin hər iki ölkənin rəqabət qabiliyyətini artıracaq süni intellekt (Sİ) və rəqəmsal iqtisadiyyat sahələrində Almaniya ilə əməkdaşlığı inkişaf etdirməyə hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə Çin sədri Si Cinpin Pekindəki Böyük Xalq Yığıncaqları Zalında Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə danışıqları zamanı bildirib.

"Çin gələcək rəqabət qabiliyyətini birgə artırmaq və Çin-Almaniya əməkdaşlığının əhatə dairəsini genişləndirməklə ona əlavə təkan vermək üçün süni intellekt, yaşıl aşağı karbonlu texnologiyalar, xidmət ticarəti və rəqəmsal iqtisadiyyat kimi sahələrdə əməkdaşlığı inkişaf etdirmək üçün Almaniya ilə işləməyə hazırdır", - deyə Çin lideri bildirib.

Si Cinpinin sözlərinə görə, iki ölkənin inkişaf strategiyaları uyğundur və bu da əməkdaşlıq üçün geniş imkanlar açır. O, Çinin Alman şirkətlərinin Çin bazarında artan iştirakını alqışladığını vurğulayıb və Almaniyanın Çin müəssisələri üçün "ədalətli, şəffaf və ayrı-seçkilik etməyən mühit" təmin edəcəyinə ümid etdiyini bildirib.

Ştaynmayer öz növbəsində bildirib ki, Almaniya Çinlə yüksək səviyyəli əlaqələri davam etdirməyə, ticarət, elm və texnologiya, süni intellekt və ətraf mühitin mühafizəsi kimi sahələrdə əməkdaşlığı gücləndirməyə, eləcə də mədəni mübadiləni təşviq etməyə hazırdır. O, iki ölkənin dialoq və məsləhətləşmə yolu ilə iqtisadi və ticarət fərqlərini adekvat şəkildə həll edə və qarşılıqlı faydalı nəticələr əldə edə biləcəyini iddia edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑