Bu dəfə futbol meydanında qərarları süni intellekt verib. Azercell-in dəstəyi və “AWS User Group Baku”nun təşkilatçılığı ilə keçirilən “AWS Agentic Football Cup” turnirində 32 komandanın hazırladığı süni intellekt agentləri virtual futbol matçlarında qarşılaşıb. Dünyanın aparıcı texnologiya şirkətlərindən biri olan “Amazon Web Services” (AWS) mütəxəssislərinin mentorluğu ilə iştirakçılar beş süni intellekt agentindən ibarət virtual futbol komandaları hazırlayıblar. Bu agentlər oyun vəziyyətini təhlil edib, ötürmə, hücum və müdafiə ilə bağlı qərarlar verib. İştirakçılar isə matçların nəticələrini təhlil edərək proqramlarını və oyun strategiyalarını təkmilləşdiriblər. Mentorlar turnir boyu komandalara texniki yanaşmaların təkmilləşdirilməsi və bulud texnologiyalarından istifadə ilə bağlı dəstək göstəriblər. Turnir tələbələrə, mühəndislərə və texnologiyaya maraq göstərən şəxslərə yeni bacarıqlar qazanmaq və təcrübə mübadiləsi aparmaq üçün effektiv platforma olub. Futbol rəqabətini proqramlaşdırma ilə bir araya gətirən bu format iştirakçılara yazdıqları kodun nəticəsini birbaşa oyunda görmək imkanı verib. Onlar süni intellekt agentlərinin dəyişən vəziyyətlərə necə reaksiya verdiyini sınaqdan keçirib, agent əsaslı həllərin hazırlanması və AWS bulud platformasında tətbiqi üzrə praktiki təcrübə qazanıblar. Yarışın sonunda üç qalib müəyyənləşib. Bu layihəyə dəstək verməklə Azercell ölkədə süni intellekt sahəsində bilik və bacarıqların inkişafını təşviq edir. Məqsəd yerli texnologiya icmasını gücləndirmək və Azərbaycanın rəqəmsal ekosisteminin inkişafında fəal rol oynayacaq mütəxəssislərin yetişməsinə dəstək olmaqdır.
BİRLİKDƏ PAYLAŞAQ
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.
“Arctic Fox Technologies” 3,1 düymlük toxunma ekranı olan “Super Mouse” üçün “Kickstarter” kampaniyasına başlayıb. Siçanın ilkin qiyməti 199 dollardır (təxminən 340 manat).
“Oracle”, “Nvidia Vera” prosessorlarını “Rubin” GPU-larından ayrı bulud instansiyası kimi istifadəyə açıb. İlkin testlər çipin yaddaş sürətində 2 “Xeon 6980P” sistemini qabaqladığını göstərir.
Nyu Yorkda yeni qanun süni intellekt çatbotlarının 18 yaşdan kiçik istifadəçilərlə davranışını məhdudlaşdırır. Şirkətlər yaş yoxlaması və əlavə təhlükəsizlik tədbirləri tətbiq etməlidir.
ABŞ-də “Minnesota 15” işi üzrə sənədlər miqrasiya xidmətinin fəalları gizli agentlər, dronlar, maliyyə qeydləri və şifrəli yazışmalarla izlədiyini göstərir.
Yeni araşdırmada 7 aparıcı süni intellekt modeli insanları və chatbotları ayırmağa çalışıb. 98 sınaqda maşın cəmi 3 dəfə aşkarlanıb, ətraflı obraz veriləndə isə heç tutulmayıb.