Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlıq çərçivəsində istifadəçilər kino biletlərini əlavə platformaya keçid etmədən, birbaşa Birbank vasitəsilə əldə edə biləcəklər. Bir ekosistemi fintex, ödəniş və e-ticarət sahələrindəki rəqəmsal həlləri ilə gündəlik ehtiyacları vahid platformada qarşılayır. CineMastercard ilə əməkdaşlıq isə bu imkanları əyləncə sahəsinə də genişləndirir. Layihə çərçivəsində Birbank-da film və seans axtarışı, bilet və yer seçimi, eləcə də ödəniş üçün xüsusi interfeys yaradılır. İstifadəçilər interaktiv xəritə üzərindən istədikləri yerləri seçərək biletlərini birbaşa tətbiqdə əldə edə biləcəklər. Yeni funksionallığın texniki inteqrasiya və sınaq mərhələləri tamamlandıqdan sonra, 2026-cı ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır. Əməkdaşlıq rəqəmsal ödəniş imkanlarını gündəlik əyləncə təcrübəsi ilə birləşdirərək bilet alışını daha sürətli və əlçatan edəcək. Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Kapital Bank-ın əmtəə nişanı olan Bir Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Daha ətraflı: bir.az
BİRLİKDƏ PAYLAŞAQ
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.
“OpenAI” rəhbəri Sam Altman RAM barədə əvvəlki sözlərinin kontekstdən çıxarıldığını deyib. O, istifadəçilərin kompüterlərinə istədikləri qədər yaddaş quraşdırmasını dəstəkləyir.
“SpaceX” və “Qualcomm” ABŞ ərazisində “Starlink Mobile” 5G şəbəkəsi quracaq. On minlərlə baza stansiyasında “Dragonwing” texnologiyasının ilk tətbiqi 2027-ci ildə başlanacaq.
“Azercell”in 30 illik yubileyinə həsr olunan “30 il səninlə” lotereyasında ilk qaliblər müəyyənləşib. Oktyabrın 27-də və noyabrın 3-də fakturasız xətt abunəçiləri arasında keçirilən iki tirajda ümumilikdə 2 “Toyota Corolla Cross” avtomobili və 14 ədəd “iPhone 17 Pro” smartfonu artıq sahiblərinə təqdim olunub. Hər tirajda 7 ədəd “iPhone 17 Pro” smartfonu və 1 ədəd “Toyota Corolla Cross” avtomobili oynanılıb. “iPhone” telefonlarının hər biri üzrə qalib həftənin müvafiq günündə toplanmış şanslar ar
Azercell-in 30 illik yubileyinə həsr olunan “30 il səninlə” lotereyasında ilk qaliblər müəyyənləşib. Globalinfo.az bildirir ki, oktyabrın 27-də və noyabrın 3-də fakturasız xətt abunəçiləri arasında keçirilən iki tirajda ümumilikdə 2 Toyota Corolla Cross avtomobili və 14 ədəd iPhone 17 Pro smartfonu artıq sahiblərinə təqdim olunub. Hər tirajda 7 ədəd iPhone 17 Pro smartfonu və 1...