Texnologiya · Technote.az

SpaceX Qualcomm ilə ABŞ-də Starlink Mobile 5G şəbəkəsi quracaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
SpaceX Qualcomm ilə ABŞ-də Starlink Mobile 5G şəbəkəsi quracaq xəbəri üçün şəkil
    “SpaceX” “Qualcomm” ilə birlikdə ABŞ-də “Starlink Mobile” 5G şəbəkəsi qurmağa hazırlaşır. Çoxillik razılaşmaya əsasən, “Qualcomm”un “Dragonwing” texnologiyası on minlərlə 5G baza stansiyasında işlədiləcək. İlk quraşdırmalar 2027-ci ildə başlayacaq. Layihə “SpaceX”in ölkə miqyasında mobil operator olmaq planının əsas hissəsidir.    “SpaceX” “Starlink Mobile” xidmətini ABŞ-nin iri mobil operatorlarından birinə çevirmək istəyir. Şirkət “T-Mobile”, “AT&T” və “Verizon”la birbaşa rəqabət aparmağı planlaşdırır. Bunun üçün mobil rabitədə işlədilən geniş tezlik resursları artıq əldə olunub. “SpaceX”in “Boost Mobile” operatorunu almağı nəzərdən keçirdiyi barədə də məlumat var.    “Dragonwing” mobil şəbəkələr üçün avadanlıq və proqramları vahid sistemdə birləşdirir. Platforma şəbəkənin əhatəsini genişləndirmək, eyni anda daha çox istifadəçiyə xidmət göstərmək və işini səmərəli qurmaq üçündür. “SpaceX” bu infrastrukturu mobil telefonlara birbaşa qoşula bilən peyk şəbəkəsi ilə birləşdirəcək. Beləliklə, “Starlink Mobile” həm yerüstü stansiyalar, həm də peyklərlə işləyəcək.    Razılaşma “Qualcomm”un indiyədək bağladığı ən böyük 5G müqaviləsi kimi göstərilir. Şirkətin icraçı vitse-prezidenti Durga Malladi deyib ki, əməkdaşlıq ABŞ-də qabaqcıl mobil rabitə infrastrukturu qurmağa kömək edəcək. Şirkətlər 5G şəbəkəsini genişləndirməklə yanaşı, qarşıdakı illərdə 6G texnologiyasına keçid üçün də təməl yaratmağı planlaşdırır.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑