Sosial · Sonxeber.az

Üç gündür susuz qalan altı rayona qurumdan cavab: "Sistemin bərpası zaman tələb edir"

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Üç gündür susuz qalan altı rayona qurumdan cavab: "Sistemin bərpası zaman tələb edir" xəbəri üçün şəkil

Oktyabrın 6-da Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlı Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının bəzi ərazilərinin su təminatında fasilə yaranacağı barədə məlumat verilmişdi.

Suyun verilişinin isə oktyabrın 7-də səhər saatlarında bərpa olunacağı bildirilmişdi. Daha sonra verilən açıqlamada isə oktyabrın 7-də gün ərzində suyun ünvanlar üzrə mərhələli şəkildə əvvəlki rejimlə verilməsinin təmin olunacağı qeyd edilmişdi.

Lakin buna baxmayaraq, suyun verilişi hələ də bərpa edilməyib.

Bu barədə Oxu.Az-ın qaynar xəttinə kütləvi şəkildə vətəndaş müraciətləri daxil olub.

Sakinlərin sözlərinə görə, artıq üçüncü gündür içməli su ilə təmin edilməyiblər.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq ADSEA-dan verilən məlumata görə, hazırda əksər ərazilər su ilə təmin olunub:

"Magistral su xəttində aparılan təmir-bərpa işləri ərazinin relyefi ilə bağlı olaraq, bir neçə saat artıq vaxt aldı.

İşlər dünəndən yekunlaşıb və xəttə su verilib. Magistral su xətti böyük əraziləri əhatə etdiyinə görə suyun bütün ünvanlara çatması və hidravlik sistemlərin bərpası zaman tələb edir. Hazırda əksər ərazilər su ilə təmin olunub. Digər ünvanların da su ilə təminatı yaxın zamanda tam olaraq bərpa ediləcək".






BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑