Siyasət · SİA

YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında VIII Qurultayın müəyyən etdiyi inkişaf xətti…

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında VIII Qurultayın müəyyən etdiyi inkişaf xətti… xəbəri üçün şəkil

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “F.X.Xoyski prospekti 72” ünvanı üzrə Ərazi Partiya Təşkilatında Prezident, Partiyanın sədri cənab İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi fikirlər və qarşıya qoyduğu vəzifələrlə bağlı partiya üzvləri ilə növbəti görüş keçirilib.
Görüşlərdə Azərbaycanın davamlı inkişafının təmin olunması, dövlət müstəqilliyinin və suverenliyinin qorunması, milli maraqların müdafiəsi, eləcə də cəmiyyətin həmrəyliyinin gücləndirilməsi məsələləri diqqətə çatdırılıb. Ölkəmizin əldə etdiyi nailiyyətlərin geniş təbliği, dövlət siyasətinin mahiyyətinin ictimaiyyətə düzgün izahı və informasiya mühitində milli dəyərlərin qorunması da müzakirə olunub.
Bildirilib ki, qurultayda müəyyənləşdirilən hədəflərin reallaşdırılması üçün partiya üzvləri ictimai-siyasi proseslərdə fəallıq göstərməli, maarifləndirmə işinə töhfə verməli və üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməlidirlər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑