Siyasət · SİA

YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında görüşlər davam etdirilir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında görüşlər davam etdirilir xəbəri üçün şəkil

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının “Ak.Həsən Əliyev küçəsi 82” ünvanı üzrə Ərazi Partiya Təşkilatında Prezident, Partiyanın sədri cənab İlham Əliyevin VIII Qurultayda müəyyənləşdirdiyi hədəflərin mahiyyəti və onların həyata keçirilməsinə həsr olunmuş növbəti görüş keçirilib.
Görüş çərçivəsində Azərbaycanın güclənməsinə və tərəqqisinə xidmət edən prioritetlər, dövlətçilik ənənələrinin qorunması, milli maraqların müdafiəsi və ictimai həmrəyliyin möhkəmləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Bununla yanaşı, informasiya mühitində milli maraqların qorunması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və dövlətimizin uğurlarının ictimaiyyətə çatdırılması istiqamətində görüləcək işlərin əhəmiyyəti vurğulanıb.
Görüşdə qeyd olunub ki, qurultayda irəli sürülən vəzifələrin reallaşdırılması partiya üzvlərinin fəal mövqeyindən, təşəbbüskarlığından və cəmiyyətlə səmərəli əməkdaşlığından asılıdır. Bu istiqamətdə məqsədyönlü fəaliyyətin davam etdirilməsinin vacibliyi bildirilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑