Siyasət · SİA

YAP-ın Qobustan rayon təşkilatının ərazi partiya təşkilatlarının birgə tədbiri keçirilib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
YAP-ın Qobustan rayon təşkilatının ərazi partiya təşkilatlarının birgə tədbiri keçirilib xəbəri üçün şəkil

Bu gün Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının “Ərəbqədim”,“Göydərə”, ”Şıxzahırlı” və “Dərəkənd” ərazi partiya təşkilatlarının birgə tədbiri keçirilmişdir.
Əvvəlcə xalqımızın Ümummilli Lideri,Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş,sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-nın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı YAP Qobustan rayon təşkilatının sədr müavini Elməddin Hüseynov məruzə ilə çıxış edib.
Məruzə ətrafında çıxışlarda YAP-nın VIII Qurultayının nümayəndəsi, Vətən Müharibəsi Qəhrəmanı,Canlı Əfsanə Mirdamət Bağıyev öz təəssüratlarını bölüşərək,qarşıda duran vəzifələrdən danışıb.
Həmçinin tədbirdə partiya fəallarından Qalib Xəlilov, Veysəl Əhmədov,Mehman Rəcəbov, Valeh Əsgərov, Cövdət Şərifov, Samir Rəhmanov, Gülxan Cavadov, Zümrüd Bünyadova, Asya Məmmədvəliyeva və Rəsmiyyə Cəfərova çıxış etmişlər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑