Siyasət · SİA

Qarabağlı kənd ərazi partiya təşkilatında növbəti tədbir keçirilib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Qarabağlı kənd ərazi partiya təşkilatında növbəti tədbir keçirilib xəbəri üçün şəkil

YAP Salyan rayon təşkilatının Qarabağlı kənd ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı növbəti tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Salyan rayon təşkilatının sədr müavini Aqşin Babayev VIII Qurultayın Azərbaycanın yeni inkişaf mərhələsində partiyanın qarşısında dayanan vəzifələrin müəyyənləşdirilməsi baxımından əhəmiyyətini qeyd edib. O bildirib ki, Prezident İlham Əliyevin qurultaydakı nitqi ölkənin gələcək inkişaf prioritetlərini, dövlətçilik maraqlarının qorunmasını və milli ideoloji xəttin daha da möhkəmləndirilməsini əhatə edən mühüm çağırışları özündə birləşdirir. Bu çağırışların mahiyyətinin ictimaiyyətə çatdırılması, xüsusilə gənc nəslin dövlətçilik ənənələrinə, milli-mənəvi dəyərlərə və vətənpərvərlik ruhuna bağlılığının gücləndirilməsi partiya fəaliyyətinin əsas istiqamətlərindən biri olmalıdır.
YAP-ın VIII Qurultayının rayon üzrə nümayəndəsi, rayon Ziyalılar Birliyinin sədri Allahverdi Piriyev çıxışında milli-mənəvi dəyərlərin qorunması, tarixi yaddaşın yaşadılması və cəmiyyətin intellektual potensialının inkişafında ziyalıların roluna toxunub. O vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik ideologiyası Azərbaycan cəmiyyətinin milli birliyinin və həmrəyliyinin möhkəmlənməsində mühüm əsasdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi kursun müasir dövrün tələblərinə uyğun davam etdirilməsi ziyalıların üzərinə də xüsusi məsuliyyət qoyur. Bu baxımdan, gənclərin düzgün istiqamətləndirilməsi, onların milli kimliyə və dövlətçilik dəyərlərinə bağlı ruhda yetişdirilməsi hər bir ziyalının ictimai fəaliyyətində diqqət mərkəzində olmalıdır.
Tədbirdə Qarabağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin baş məsləhətçisi Vüqar Mürsəlov, Qarabağlı kənd 1 saylı tam orta ümumtəhsil məktəbinin direktoru Tahir Gülnəzərov və digər iştirakçılar çıxış edərək VIII Qurultayda müəyyənləşdirilən yeni hədəflər, dövlət siyasətinin əsas istiqamətləri, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi ilə bağlı fikirlərini bölüşüblər. Çıxışlarda Ulu Öndər Heydər Əliyevin siyasi irsinin yaşadılmasının, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasının dəstəklənməsinin və hər bir sahədə qarşıya qoyulan vəzifələrə məsuliyyətlə yanaşılmasının vacibliyi vurğulanıb.
Tədbirin sonunda ərazi partiya təşkilatının fəaliyyəti ilə bağlı təşkilati məsələlər müzakirə olunub, qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb. Daha sonra bir qrup partiya fəalına Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim edilib və onlara partiya üzvü kimi üzərlərinə düşən vəzifələrin məsuliyyətlə yerinə yetirilməsi, təşkilatın ictimai-siyasi fəaliyyətində fəal iştirak etməyin vacibliyi diqqətə çatdırılıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑