Siyasət · Bakı Xəbər

Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycandan yan keçmək mümkün deyil  - Forumda klassik düstur açıldı... xəbəri üçün şəkil



Vüqar Bayramov: “Bu, Azərbaycanın formalaşdırdığı düzənin yaratdığı sülhün iqtisadi dividentləri deməkdir”

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib ki, Azərbaycandan yan keçmək çox çətindir:

“Qlobal enerji bazarında enerjinin beynəlxalq bazarlara etibarlı təchizatçısı kimi rolumuzu, bağlantılarda, xüsusilə indi nəqliyyatda bağlantıların beynəlxalq gündəmdə ən əsas məsələlərdən biri olduğunu nəzərə alaraq oynadığımız rolu əlavə edə bilərik. Burada xəritəyə baxsanız görərsiniz ki, Azərbaycandan yan keçmək çox çətindir. Xüsusilə xəritəyə infrastrukturu, sərmayələri, müasir infrastrukturu, üstəgəl siyasi infrastrukturu əlavə etdikdə. Çünki bağlantı istiqamətində hər hansı bir rola malik olmaq üçün sizin qonşularınızla və qonşularınızın qonşuları ilə yaxşı münasibətləriniz olmalıdır və bu da baş verdi”.

Sözügedən məsələni baki-xeber.com-a şərh edən millət vəkili Vüqar Bayramovun fikrincə, regional bağlantıların genişləndirilməsində Zəngəzur dəhlizi və "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRİPP) yolunun daha qısa zamanda reallaşmasının xüsusi rolu olacaq: “Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində avtomobil yolunun 95%-i, dəmir yolunun isə 75%-i artıq inşa edilib. 2 gün öncə Ermənistan parlamenti ABŞ ilə TRİPP layihəsi üzrə Strateji Əməkdaşlıq Çərçivə Sazişini ratifikasiya edib. Zəngəzur dəhlizinin illik ötürmə qabiliyyətinin 15 milyon ton olacağı nəzərdə tutulur. Dəhlizin açılması nəticəsində ümumi Orta Dəhlizin ötürmə qabiliyyətinin 10–12 milyon ton artacağı gözlənilir. Dəhlizin tam işə düşməsi və Ermənistan ərazisindən keçən 42 kilometrlik hissənin tamamlanması ilə Asiyadan Avropaya yüklərin daşınma müddəti 12–15 günə enəcək. Azərbaycan Prezidentinin forumda qeyd etdiyi kimi, nəqliyyatda bağlantıların beynəlxalq gündəmdə ən əsas məsələlərdən biri olduğunu nəzərə alsaq ölkəmiz bu məsələdə xüsusi rola malikdir. Yaxın gələcəkdə Orta Dəhlizin mühüm seqmentinə çevriləcək Zəngəzur dəhlizi Azərbaycanın geosiyasi mövqeyinin daha da möhkəmlənməsinə xidmət etməklə yanaşı, region dövlətlərinin gəlirlərinin artmasına da imkan yaradacaq. Qitələr arasındakı ticarət dövriyyəsinin 200 milyard dollar artacağı gözlənilir. Yüklərin 10-15 faizinin Zəngəzur dəhlizi vasitəsilə daşınacağı təqdirdə Azərbaycan yaxın gələcəkdə ildə 3 milyard dollar tranzit gəliri əldə edəcək. Həqiqətən də Azərbaycansız hansısa layihəni reallaşdırmaq mümkün olmayacaq. Bu, Azərbaycanın formalaşdırdığı düzənin yaratdığı sülhün iqtisadi dividentləri deməkdir”.

Vidadi ORDAHALLI

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑